Menyu

Zuğulbada bir nəfər dənizdə batıb

Zuğulbada bir nəfər dənizdə batıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Xəzər rayonu, Zuğulba qəsəbəsi yaxınlığında, dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən "Operativ Media"ya verilən xəbərə görə, məlumatla əlaqədar, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.

Teqlər:

"Zu\u011fulbada bir n\u0259f\u0259r d\u0259nizd\u0259 bat\u0131b"

Əlaqəli Xəbərlər