Menyu

Bakıda avtobusun "Kamaz"la toqquşması nəticəsində bir nəfər ölüb

Bakıda avtobusun "Kamaz"la toqquşması nəticəsində bir nəfər ölüb

Bakıda Balaxanı qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

"Operativ Media" xəbər verir ki, Qubad Ələsgərovun idarə etdiyi "Çinar" MMC-yə məxsus "Korsan" markalı xətt avtobusu hərəkətdə olarkən yolun kənarındakı "Kamaz"a çırpılıb.

Nəticədə sərnişin Adilə Əliyeva ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı TƏBİB-dən "Operativ Media" ya bildirilib ki, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına saat 16:33-də çağırış daxil olub.

"Saat 16:42-də Təcili Tibbi Yardım briqadası ünvanda olub. "Həkiməqədər ölüm" qeydə alınıb. Aidiyyəti üzrə meyit təhvil verilib", - deyə qurumdan bildirilib.

Teqlər:

"Bak\u0131da avtobusun \"Kamaz\"la toqqu\u015fmas\u0131 n\u0259tic\u0259sind\u0259 bir n\u0259f\u0259r \u00f6l\u00fcb"

Əlaqəli Xəbərlər