Ana səhifə / Cəmiyyət / Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA 17.09.2023, 15:58 Sentyabrın 17-si saat 14:00-a olan məlumatına əsasən Yevlax, Mingəçevir, İsmayıllı, Şəkidə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Milli Hidrometeorologiya Xidmətindən "Operativ Media"ya bildirilib ki, külək Naftalanda 16 m/s, Bakıda 15 m/s-dək güclənib. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 23-25° isti, aran rayonlarında 25-29° isti, dağlıq rayonlarda 10-15° isti qeydə alınıb. Teqlər: "B\u0259zi yerl\u0259rd\u0259 \u015fim\u015f\u0259k \u00e7ax\u0131b leysan ya\u011f\u0131b - FAKT\u0130K\u0130 HAVA"