Menyu

Sabirabadda qanunsuz saxlanılan odlu silahlar aşkar edilib

Sabirabadda qanunsuz saxlanılan odlu silahlar aşkar edilib

Sabirabad sakinlərindən qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Operativ Media" ya verilən xəbərə görə, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir. Keçirilən müvafiq tədbirlər nəticəsində 15 nəfər rayon sakinindən müvafiq sənədləri olmayan müxtəlif marka və kalibrli ov tüfəngləri aşkar edilərək götürülüb.

Faktlarla bağlı Sabirabad RPŞ-də araşdırmalar davam etdirilir.

Teqlər:

"Sabirabadda qanunsuz saxlan\u0131lan odlu silahlar a\u015fkar edilib"

Əlaqəli Xəbərlər