MDB Daxili İşlər nazirlikləri arasında əməkdaşlığa dair sənədlər imzalanıb
Sentyabrın 15-də Qazaxıstanın Türküstan şəhərində MDB-nin iştirakçısı olan dövlətlərin Daxili İşlər Nazirləri Şurasının növbəti iclası keçirilib.
DİN-in mətbuat xidmətindən "Operativ Media" ya bildirilib ki, Azərbaycan Respublikası daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iclasda iştirak edib.
İclasda birlik ölkələrinin Daxili İşlər Nazirliyi arasında əməkdaşlığın prioritet məsələlərinə baxılıb, birgə əməliyyat-profilaktik tədbirlərin və xüsusi əməliyyatların nəticələri müzakirə edilib.
Şura iclası transmilli cinayətkarlığa qarşı mübarizədə MDB iştirakçısı olan dövlətlərin Daxili İşlər nazirlikləri arasında əməkdaşlığa dair sənədlərin imzalanması ilə başa çatıb.
Teqlər:
"MDB Daxili \u0130\u015fl\u0259r nazirlikl\u0259ri aras\u0131nda \u0259m\u0259kda\u015fl\u0131\u011fa dair s\u0259n\u0259dl\u0259r imzalan\u0131b"