Menyu

Ağdaşda 3 tondan artıq çətənə kolu məhv edildi

Ağdaşda 3 tondan artıq çətənə kolu məhv edildi

Ağdaşda 3 tondan artıq çətənə kolu məhv edilib.

Bu barədə "Operativ Media" ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Qeyd edilib ki, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

Keçirilən tədbir zamanı Qarasuqumlaq və Mürsəl kəndi ərazisində ümumi çəkisi 3 ton 450 kiloqram olan 2124 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Teqlər:

"A\u011fda\u015fda 3 tondan art\u0131q \u00e7\u0259t\u0259n\u0259 kolu m\u0259hv edildi"

Əlaqəli Xəbərlər