Menyu

Minik maşını ilə mikroavtobus toqquşdu - Xəsarət alan var

Minik maşını ilə mikroavtobus toqquşdu - Xəsarət alan var

İsmayıllı rayonu, Qusencə kəndində yol-nəqliyyat hadisəsinin baş verib.

"Operativ Media" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “VAZ” markalı minik avtomobili və "Ford" markalı mikroavtobus toqquşub, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfər müxtəlif xəsarətlərlə nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Teqlər:

"Minik ma\u015f\u0131n\u0131 il\u0259 mikroavtobus toqqu\u015fdu - X\u0259sar\u0259t alan var"

Əlaqəli Xəbərlər