Menyu

Qrinvud İspaniyada 1 həftə içərisində rekord qırdı

Əziz Əzizli
Qrinvud İspaniyada 1 həftə içərisində rekord qırdı

“Mançester Yunayted” tərəfindən İspaniyaya icarəyə göndərilən Qrinvuda rekord qırmaq üçün bir həftə kifayət edib.

21 yaşlı hücumçu "Old Trafford"da gələcəyinin olmadığını öyrəndikdən sonra İspaniyaya yollanıb. Onun “Yunayted”lə müqaviləsi 2025-ci ilə qədər davam edəcək, lakin o, 2022-ci ilin yanvarından bəri Premyer Liqa nəhəngində oynaya bilməyib.

Bu, onun zorlamaya cəhd, hücum və məcburi nəzarətdə şübhəli bilinərək həbsindən sonra aparılan uzunmüddətli daxili araşdırma ilə əlaqədar olub.

 Bu ittihamlar 2023-cü ilin fevralında ləğv edildi və Qrinvuda peşəkar karyerasını davam etdirməyə imkan verdi.

"Operativ Media" xəbər verir ki, o, bir mövsümlük icarə müqaviləsi ilə La Liqa komandası "Xetafe"yə transfer edildi və "Daily Mail"in məlumatına görə, transferindən bir həftə sonra rekord qırdı.

12 nömrəli Qrinvud formaları klub tarixində digər bütün oyunçu formalarından daha çox satıldı və bir həftə ərzində ən çox satılan formalar üzrə klubun rekordunu qırdı.

İngilis futbolçunun imza mərasimində 4000-ə yaxın azarkeş iştirak edib və o, bazar günü "Osasuna" ilə oyunda debüt edə bilər.

Teqlər:

"Qrinvud \u0130spaniyada 1 h\u0259ft\u0259 i\u00e7\u0259risind\u0259 rekord q\u0131rd\u0131"

Əlaqəli Xəbərlər