Menyu

ƏƏSMN: Bu il 2100 şəxs xəstəliklərinə uyğun sanatoriya-kurort və müalicə mərkəzlərinə göndərilib

Nərmin Qocamanlı
ƏƏSMN: Bu il 2100 şəxs xəstəliklərinə uyğun sanatoriya-kurort və müalicə mərkəzlərinə göndərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən bu ilin 8 ayında 2100 şəxs xəstəliklərinə uyğun sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salınıb.

ƏƏSMN-dən "Operativ Media"ya verilən xəbərə görə, onlardan 300 nəfəri şəhid ailələrinin üzvləridir.

Vətəndaşlar Naxçıvan Muxtar Respublikasındakı “Duzdağ” Fizioterapiya Mərkəzi, “Darıdağ” Arsenli Su Müalicəxanası, Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi, “Möcüzəvi Naftalan” Sağlamlıq Mərkəzi, “Şahdağ Quba Truskavets” Tibbi sanatoriyası və digər mərkəzlərdə müalicə kursu keçiblər.

Ümumilikdə postmüharibə dövründə 10 656 imtiyazlı şəxs yollayışla təmin olunaraq sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salınıb. Onların 1000-dən çoxu şəhid ailələrinin üzvləridir.

Teqlər:

"\u018f\u018fSMN: Bu il 2100 \u015f\u0259xs x\u0259st\u0259likl\u0259rin\u0259 uy\u011fun sanatoriya-kurort v\u0259 m\u00fcalic\u0259 m\u0259rk\u0259zl\u0259rin\u0259 g\u00f6nd\u0259rilib"

Əlaqəli Xəbərlər