Penitensiar müəssisəyə narkotik maddə keçirilməsinin qarşısı alınıb
Şəki Penitensiar Müəssisəsinə narkotik maddə keçirilməsinin qarşısı alınıb.
Bu barədə "Operativ Media"ya Penitensiar Xidmətdən məlumat verilib.
Qeyd edilib ki, məhkum Nicat Ramiz oğlu Quliyevə vətəndaş Rəsul Tacəddin oğlu Hacı-Bilal-Əfəndiyev tərəfindən gətirilmiş sovqatda olan qızardılmış ətin içərisində xüsusi üsulla gizlədilmiş 4,69 qram marixuana aşkar edilib.