Menyu

Teatr və sərgilərə bilet satışı adı ilə vətəndaşlara qarşı kiberdələduzluq həyata keçirilir

Teatr və sərgilərə bilet satışı adı ilə vətəndaşlara qarşı kiberdələduzluq həyata keçirilir

Ölkəmizdə fəaliyyət göstərən müxtəlif teatr və sərgilərə bilet satışı adı ilə vətəndaşlara qarşı kiberdələduzluq həyata keçirilir.

“Operativ Media” xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

Kiberdələduzlar saxta veb-səhifələr yaradaraq bilet satışı adı ilə vətəndaşların bank və fərdi məlumatlarını ələ keçirir.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara naməlum mənbələrdən daxil olan mesajların tərkibindəki keçidlərə daxil olmamağı, bank və digər fərdi məlumatlarını daxil etməməyi, həmçinin hər hansı bir məhsul və ya xidmət alarkən rəsmi satış həyata keçirən mənbələrə müraciət etməyi tövsiyə edir.

Teqlər:

"Teatr v\u0259 s\u0259rgil\u0259r\u0259 bilet sat\u0131\u015f\u0131 ad\u0131 il\u0259 v\u0259t\u0259nda\u015flara qar\u015f\u0131 kiberd\u0259l\u0259duzluq h\u0259yata ke\u00e7irilir"

Əlaqəli Xəbərlər