Mədəniyyət naziri Mingəçevirdə vətəndaşlarla görüşəcək
Nərmin Qocamanlı
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən mədəniyyət naziri Adil Kərimli sentyabrın 28-də Mingəçevir şəhəri Heydər Əliyev Mərkəzində Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonlarından olan vətəndaşlarla görüşəcək.
"Operativ Media" xəbər verir ki, sentyabrın 22-dək Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin [email protected] elektron poçt ünvanı, (020) 23 5 5619 telefon nömrəsi vasitəsilə müraciət edərək qəbula yazılmaq olar.
Teqlər:
"M\u0259d\u0259niyy\u0259t naziri Ming\u0259\u00e7evird\u0259 v\u0259t\u0259nda\u015flarla g\u00f6r\u00fc\u015f\u0259c\u0259k"