Menyu

Ağsu, Qəbələ, Hacıqabul və Sabirabadda qaz təchizatında fasilə yaranacaq

Ağsu, Qəbələ, Hacıqabul və Sabirabadda qaz təchizatında fasilə yaranacaq

Dörd rayonun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə "Report"a “Azəriqaz” İB-dən məlumat verilib.

Bildirilib ki, avqustun 29-u saat 09:00-dan “Ağsu” ölçü qovşağından qidalanan qaz xətlərində təmir-bərpa işlərinin həyata keçirilməsi, saat 10:00-dan “Qəbələ” ölçü qovşağından qidalanan orta təzyiqli qaz kəmərlərinin və “Qarasu Əhali” ölçü qovşağından qidalanan “Qarasu-Abdulabad” yeraltı qaz kəmərinin kipliyə sınaq olunması ilə əlaqədar qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Ağsu, Qəbələ, Hacıqabul və Sabirabad rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Teqlər:

"A\u011fsu Q\u0259b\u0259l\u0259 Hac\u0131qabul v\u0259 Sabirabadda qaz t\u0259chizat\u0131nda fasil\u0259 yaranacaq"

Əlaqəli Xəbərlər