FHN: Ötən sutka 47 yanğına çıxış olub, 3 nəfər azyaşlı xilas olunub
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
FHN-dən “Operativ Media” ya verilən məlumata görə,“112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 47 yanğına çıxış və 4 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində qəza-xilasetmə əməliyyatları zamanı 3 nəfər azyaşlı xilas olunub. Bakı şəhərinin Sabunçu rayonunda bağlı qapı arxasında aşkar olunan 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib. Həmçinin, Kür çayının Zərdab rayonunun Təzəkənd kəndi ərazisindən keçən hissəsində batması ehtimal olunan 1 nəfər uşağın axtarışlarına dalğıc-axtarış qrupu cəlb olunub.
Teqlər:
"FHN: \u00d6t\u0259n sutka 47 yan\u011f\u0131na \u00e7\u0131x\u0131\u015f olub 3 n\u0259f\u0259r azya\u015fl\u0131 xilas olunub"