Menyu

Ötən gün borclu şəxs qismində axtarışda olan 95 nəfər saxlanılıb

Ötən gün borclu şəxs qismində axtarışda olan 95 nəfər saxlanılıb

Avqustun 25-də ölkə ərazisində qeydə alınan 65, əvvəlki dövrlərdən bağlı qalan 28 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat xidmətindən “Operativ Media” ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 130, o cümlədən borclu şəxs qismində axtarışda olan 95 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 25, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 61 nəfər saxlanılıb.

Teqlər:

"\u00d6t\u0259n g\u00fcn borclu \u015f\u0259xs qismind\u0259 axtar\u0131\u015fda olan 95 n\u0259f\u0259r saxlan\u0131l\u0131b"

Əlaqəli Xəbərlər