Goranboyda iki minik avtomobili toqquşub ölən və xəsarət alan var
Operativ Media
Goranboyda ölümlə nəticələn ağır yol qəzası baş verib.
"Operativ Media" APA-ya istinadən xəbər verir ki, hadisə Goranboy-Tərtər yolunun rayon ərazindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan iki "VAZ " markalı minik maşınları toqquşub. Qəza zamanı 31 yaşlı Fərrux Orucov hadisə yerində ölüb. 34 yaşlı Zamiq Həsənov, 31 yaşlı Fəxri Novruzov, 39 yaşlı Fədai Hüseynov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.