Menyu

Sumqayıt dəmir yolu vağzalında baş verən yanğın qatarların hərəkətində problem yaratmayıb

Sumqayıt dəmir yolu vağzalında baş verən yanğın qatarların hərəkətində problem yaratmayıb

Bu gün saat 22:00 radələrində Sumqayıt sərnişin stansiyasının dam hissəsində quraşdırılmış havalandırma sistemində baş vermiş qısa qapanma nəticəsində yanğın baş verib.

“Operativ Media” xəbər verir ki, bu barədə Azərbaycan Dəmiryolları QSC-dən məlumat verilib.

Əraziyə təcili cəlb olunmuş FHN-in yanğından mühafizə qüvvələrinin səyi ilə yanğın qısa zamanda, saat 22:18-də söndürülüb.

Qatarların qrafik üzrə hərəkətində heç bir problem yaranmayıb.

Teqlər:

"Sumqay\u0131t d\u0259mir yolu va\u011fzal\u0131nda ba\u015f ver\u0259n yan\u011f\u0131n qatarlar\u0131n h\u0259r\u0259k\u0259tind\u0259 problem yaratmay\u0131b"

Əlaqəli Xəbərlər