Ana səhifə / Cəmiyyət / Qazaxda 22 yaşlı qız özünü asıb Qazaxda 22 yaşlı qız özünü asıb 04.08.2023, 22:28 Qazaxda intihar hadisəsi baş verib. "Operativ Media" "APA"ya istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Salahlı kəndində qeydə alınıb. 2001-ci il təvəllüdlü Aytən Mehdiyeva yaşadığı evdə özünü asıb. Gənc qadının meyti yaxınları tərəfindən asılmış vəziyyətdə tapılıb. Onun hansı səbəbdən intihar etməsi məlum deyil. Faktla bağlı araşdırma aparılır. Teqlər: "Qazaxda 22 yaşlı qız özünü asıb"