Ana səhifə / Gündəm / Cəlilabadda sürücü və sərnişinin ölümü ilə nəticələnən yol qəzası baş verib Cəlilabadda sürücü və sərnişinin ölümü ilə nəticələnən yol qəzası baş verib 01.10.2022, 10:58 Operativ Media Cəlilabad rayonunun Muğan kəndi ərazisində Göytəpə şəhər sakini Mübariz Aslanov idarə etdiyi “VAZ-21074” markalı avtomobili ağaca vurub. Bu barədə Daxili İşlər nazirliyindən "Operativ Media" ya bildirilib. Nəticədə sürücü və sərnişini İslam Musayev hadisə yerində ölüblər. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.