Mingəçevirdə motorlu qayıq limana çırpılıb, 3 nəfər xəsarət alıb
Redaksiya
İyulun 24-ü saat 22 radələrində Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində motorlu qayığın limana çırpılması nəticəsində qayıqda olan sərnişinlər – 1998-ci il təvəllüdlü Bayram Abbaszadə, 2007-ci il təvəllüdlü Heydər Həsənzadə və 1995-ci il təvəllüdlü Səbinə Ramazanova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
"Operativ Media" xəbər verir ki, faktla bağlı Mingəçevir şəhər prokurorluğunda araşdırma aparılır.
Teqlər:
"Mingəçevirdə motorlu qayıq limana çırpılıb 3 nəfər xəsarət alıb"