Ana səhifə / Cəmiyyət / Dövlət İmtahan Mərkəzi ТРКИ (test po russkomu yazıku kak inostrannomu) imtahanına qeydiyyat elan edib Dövlət İmtahan Mərkəzi ТРКИ (test po russkomu yazıku kak inostrannomu) imtahanına qeydiyyat elan edib 19.07.2023, 19:14 Dövlət İmtahan Mərkəzi (DİM) ТРКИ (test po russkomu yazıku kak inostrannomu) imtahanına qeydiyyat elan edib. Bu barədə "Operativ Media"a DİM-dən məlumat verilib. Bildirilib ki, imtahan iyulun 27-də keçiriləcək. İmtahana son qeydiyyat tarixi iyulun 25-dir. Dövlət İmtahan Mərkəzi SPDU ilə əməkdaşlıq çərçivəsində ТРКИ imtahanını 6 (altı) səviyyə üzrə təşkil edir. Qeyd edək ki, hazırda Azərbaycanda fəaliyyət göstərən ТРКИ - beynəlxalq rus dili imtahanının yeganə rəsmi test mərkəzi Dövlət İmtahan Mərkəzidir. İmtahan haqqında daha ətraflı məlumatla DİM-in saytında tanış olmaq mümkündür. İmtahana qeydiyyat linki DİM-in saytında yerləşdirilib. Teqlər: "Dövlət İmtahan Mərkəzi ТРКИ (test po russkomu yazıku kak inostrannomu) imtahanına qeydiyyat elan edib"