Ana səhifə / Cəmiyyət / Bərdədə əlil arabasındakı şəxsi "KamAZ" vuraraq öldürüb Bərdədə əlil arabasındakı şəxsi "KamAZ" vuraraq öldürüb 06.07.2023, 23:45 Bərdədə bir nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. "Operativ Media" APA-ya istinadən xəbər verir ki, hadisə Yevlax-Bərdə yolunun rayonun Cəyirli kəndindən keçən hissəsində qeydə alınıb. Hadisə şahidlərinin bildirdiyinə görə, "KamAZ" markalı yük avtomobil əlil arabası ilə yolu keçmək istəyən Hüseyn adlı şəxsi vurub. Zərbənin təsirindən o, əks istiqamətdə hərəkətdə olan "VAZ 2107" markalı avtomobilinə dəyib. Əlil arabasında olan şəxs aldığı ağır bədən xəsarətlərindən hadisə yerində həyatını itirib. "KamAZ" markalı yük avtomobilinin sürücüsü isə hadisə yerindən qaçıb. Faktla bağlı araşdırma aparılır. Teqlər: "Bərdədə əlil arabasındakı şəxsi \"KamAZ\" vuraraq öldürüb"
01.03.2026, 11:13 Azərbaycanın bəzi bölgələrində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA
01.03.2026, 10:42 İran Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvinin ölüm xəbərini təsdiqləyib