DİN qəbələdə baş verən yol qəzası ilə bağlı məlumat yayıb
Redaksiya 560 baxış
Bu gün saat 12 radələrində Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisində “Ford” markalı mikroavtobusla “Mitsubishi” markalı minik avtomobili toqquşub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Operativ Media"ya bildirilib ki, ilkin məlumata görə, ümumilikdə 16 nəfərə yaxın şəxs ilkin tibbi yardım üçün müraciət edib. Onlardan üçü stasionar müalicəyə qəbul edilib və hazırda müalicələri reanimasiya şöbəsində davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
Teqlər:
"DİN qəbələdə baş verən yol qəzası ilə bağlı məlumat yayıb"