Ana səhifə / Ölkə / Sərhədi pozmağa cəhd edən əcnəbilər saxlanılıb Sərhədi pozmağa cəhd edən əcnəbilər saxlanılıb 06.06.2026, 09:57 Operativ Media İrandan Azərbaycan istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanılıb.Operativ Media xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.Bildirilib ki, həmin şəxslər Əfqanıstan vətəndaşları - 1999-cu il təvəllüdlü Amini Del Aqa və 2003-cü il təvəllüdlü Rahimi Nazirgüldür.Əməliyyat-qoşun tədbirləri DSX Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilib.Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
06.06.2026, 10:52 Ölkədə qabaqcıl su idarəetmə və su ölçmə texnologiyası ilk dəfə Ağstafada istifadəyə verilib - FOTOLAR