Ana səhifə / Siyasət / Zelenski: Putin müharibəni bitirmək istəmir Zelenski: Putin müharibəni bitirmək istəmir 05.06.2026, 21:41 Operativ Media Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinin son açıqlamalarına sərt reaksiya verib.Operativ Media xəbər verir ki, Zelenski Putinin cavabının münaqişənin sona çatdırılmasına xidmət etmədiyini bildirib.Ukrayna liderinin sözlərinə görə, Rusiya tərəfi yenidən müharibəni davam etdirmək yolunu seçib.“Hamı bugünkü cavabı eşitdi. Bu, zəif cavabdır. O, sadəcə müharibəni bitirmək istəmir”, – deyə Zelenski vurğulayıb.Prezident əlavə edib ki, Putinin mövqeyi dünyada münaqişənin tezliklə başa çatacağına ümid bəsləyən bir çox insanın məyusluğuna səbəb olub.