Menyu

Azərbaycan və İspaniya arasında ilk konsulluq məsləhətləşmələri keçirilib

Operativ Media
Azərbaycan və İspaniya arasında ilk konsulluq məsləhətləşmələri keçirilib

5 iyun tarixində İspaniya Krallığının paytaxtı Madrid şəhərində Azərbaycan Xarici İşlər Nazirliyi və İspaniyanın Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyi arasında ilk konsulluq məsləhətləşmələri keçirilib.

Operativ Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Konsulluq İdarəsinin rəisi Emil Səfərov, İspaniya nümayəndə heyətinə isə Xaricdəki ispanlar və Konsulluq İşləri Baş idarəsinin rəisi Karolina Alvares rəhbərlik edib.

Konsulluq məsləhətləşmələri zamanı Azərbaycan üçün tərəfdaş ölkə olan İspaniya ilə konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən sahə üzrə yeni ikitərəfli sənədlərin imzalanması və konsulluq xidmətlərinin rəqəmsallaşdırılması mövzusunda müzakirələr aparılıb.

Danışıqlar zamanı tərəflər iki ölkə vətəndaşlarının hüquq və azadlıqlarının qorunması, həmçinin ədliyyə, hüquq mühafizə, prokurorluq, miqrasiya, təhsil və viza siyasəti sahəsində Azərbaycan və İspaniya Krallığı arasında çoxtərəfli və ikitərəfli əməkdaşlıq perspektivlərini nəzərdən keçiriblər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər