Menyu

Gəncədə marketdə istehlaka yararsız məhsullar aşkarlanıb

Operativ Media
Gəncədə marketdə istehlaka yararsız məhsullar aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Gəncə şəhəri, Poçt qəsəbəsində fəaliyyət göstərən, fiziki şəxs Həsən Nizami oğlu Hüseynova məxsus marketdə yoxlama keçiriblər.

Bu barədə Operativ Media-ya AQTA-dan məlumat verilib.

Bildirilib ki, baxış zamanı satışda “N1 Organik”, “Premium” əmtəə nişanlı saxta alkoqollu içkilər və istifadə müddəti bitmiş qida məhsulları müəyyən edilib. İçkilərin orjinaldan fərqli miqdarda doldurulduğu, istehsalçı barədə məlumatların düzgün qeyd edilmədiyi, müşayiətedici sənədlərinin olmadığı aşkarlanıb. Marketdə qida məhsullarının saxlanma şəraitinə riayət edilmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı məlum olub.


Sahibkar barəsində inzibati protokol tərtib edilib, icrası məcburi göstərişlər verilib. Alkoqollu içkilərdən nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.

Əlaqəli Xəbərlər