İlin ilk Ay tutulması başlayıb
Bu ilin ilk Ay tutulması hadisəsi başlayıb. Bu hadisə yarımkölgəli Ay tutulmasıdır.
"Operativ Media" xəbər verir ki, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından bildirilib ki, tutulma hadisəsi saat 19:14-də başlayıb və saat 23:31-də sona çatacaq. Tutulmanın maksimumu saat 21:24-də qeydə alınacaq.
Tutulma hadisəsini Cənub-Şərqi Avropa, Asiyanın böyük hissəsi, Avstraliya, Afrika, Sakit okean, Atlantik, Hind okeanı, Antarktidada görmək mümkündür.
Qeyd edək ki, tutulma başlayanda Ay üfüqdən aşağıda olduğuna görə tutulma hadisəsi Azərbaycanda saat 19:38-dən etibarən müşahidə olunacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net