Menyu

635 bal toplayan abituriyent: "Uğurun əsas sirri məqsədyönlü olmaqdır"

Ayşən Sadıxzadə
635 bal toplayan abituriyent: "Uğurun əsas sirri məqsədyönlü olmaqdır"

Universitetə qəbul imtahanında 635 bal toplamışam. Bu nəticəni əldə etmək üçün uzun müddət planlı və sistemli şəkildə çalışmışam. Hesab edirəm ki, uğurun əsas sirri məqsədyönlü olmaq, vaxtı düzgün idarə etmək və qarşıya qoyulan hədəfdən yayınmamaqdır.

Bu sözləri Operativ Media-ya Laçın rayon 11 nömrəli tam orta məktəbin məzunu Anar Mehdiyev deyib. 

O bildirib ki, hazırlıq müddətində çətinliklərə baxmayaraq, daim özünə inanmağa çalışıb:

“İmtahan zamanı yaşanan həyəcan və stress təbii olsa da, özünü idarə etmək və diqqəti toplamaq yüksək nəticə əldə etmək üçün çox vacibdir.

Xüsusilə Azərbaycan dili və Tarix fənləri mənim nəticəmdə mühüm rol oynayıb. Mövzuları dərindən anlamaq, qeydlər aparmaq və başa düşmədiyim məqamları müəllimlərdən soruşmaq mənə çox kömək edib.

Gələcəkdə Hüquq fakültəsində təhsil almaq istəyirəm. Ümid edirəm ki, seçəcəyim bu sahədə uğurlu karyera quracaq və cəmiyyətə faydalı bir hüquqşünas olacağam.

Abituriyentlərə tövsiyəm odur ki, özlərinə inansınlar, səbirli olsunlar və heç vaxt ruhdan düşməsinlər. Hər bir çətinlik yeni uğurun başlanğıcıdır. İnsan əzmlə çalışdıqda və məqsədindən dönmədikdə istədiyi nəticəyə mütləq nail olur”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər