Menyu

Prezident: Azərbaycan vasitəsilə daşınan yükləri iki dəfə artırmaq istəyirik

Operativ Media
Prezident: Azərbaycan vasitəsilə daşınan yükləri iki dəfə artırmaq istəyirik

Azərbaycan vasitəsilə daşınan yüklərin iki dəfə artırılması nəzərdə tutulur.

Operativ Media xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində deyib.

Onun sözlərinə görə, gələcəkdə Azərbaycanın daşımalar qovşağına çevrilməsi üçün səylər davam etdirilir:

"Azərbaycan vasitəsilə daşınan yükləri iki dəfə artırmaq istəyirik. Hazırda bu daşımaların həcmi 15 milyon tondur. Əlbəttə, burada hər bir şey bizdən asılı deyil. Geosiyası vəziyyət, qonşuluq münasibətləri də buna təsir edir. Planımızda ərzaq təhlükəsizliyinin təmin olunması da var. Kənd təsərrüfatının inkişafı ilə bağlı dövlət proqramı qəbul etmişik. Özümüzü maksimum dərəcədə təmin edən səviyyədə məhsul yetişdirəcəyik".



Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər