Azərbaycanın 6 çimərlik güləşçisi Dünya Seriyasının III mərhələsində iştirak edəcək
Operativ Media
İyunun 20-21-də Gürcüstanın Batumi şəhərində böyüklər arasında çimərlik güləşi üzrə Dünya Seriyasının III mərhələsi keçiriləcək.
Operativ Media xəbər verir ki, milli komandanın baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında qonşu ölkədə Rübail İbrahimli (70 kq), Sahib Dadaşov, Vüsal Əliyev (hər ikisi 80 kq), Əşrəf Aşırov, İlqar Nəzərli (hər ikisi 90 kq) və İslam İlyasov (+90 kq) mübarizə aparacaq.
İlk yarış günündə təsnifat mərhələsinin və qruplarda ilk 2 turun görüşləri keçiriləcək. Növbəti gün isə qrup mərhələsində sonuncu turun görüşləri, yarımfinallar və medallar uğrunda qarşılaşmalar baş tutacaq.
Dünya Seriyasında I-S dərəcəli hakimim Bəşir İsazadə ədaləti qoruyacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net