Menyu

Azərbaycan Sahibkarlar Konfederasiyası “Avrora Qrup"u Fəxri Fərmanla təltif edib

Operativ Media
Azərbaycan Sahibkarlar Konfederasiyası “Avrora Qrup"u Fəxri Fərmanla təltif edib

Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) dövlət-özəl dialoqunun inkişafına verdiyi töhfələrə və sahibkarlıq mühitinin gücləndirilməsinə göstərdiyi dəstəyə görə Avrora Group şirkətini Fəxri Fərmanla təltif edib.

Operativ Media xəbər verir ki, bu barədə ASK məlumat yayıb.

Təltifi ASK-nın Baş katibi Ziya Hacılı şirkətin prezidenti Ceyhun Abbasova təqdim edib.

Görüş zamanı ASK-nın fəaliyyəti, sahibkarların maraqlarının qorunması, dövlət-özəl sektor əməkdaşlığının inkişafı və biznes mühitinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib. Konfederasiya rəhbərliyi göstərilən dəstəyə görə "Avrora Qrup"a təşəkkürünü ifadə edib və əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə əminliyini bildirib.

Görüşdə həmçinin beynəlxalq əməkdaşlıq imkanları müzakirə olunub. Bu çərçivədə ASK-nın İslam Ticarət və İnkişaf Palatası ilə tərəfdaşlığı, yerli şirkətlərin beynəlxalq platformalarda təmsil olunması və yeni bazarlara çıxış imkanları diqqət mərkəzində olub.

Tərəflər Səudiyyə Ərəbistanında keçirilən Məkkə Halal Forumu və Böyük Britaniyada təşkil olunan London Halal Forumu kimi nüfuzlu beynəlxalq tədbirlərin əhəmiyyətini vurğulayıblar. 

Görüşdə həmin forumların koordinatoru və "Halal 360" şirkətinin satış meneceri Hossam Elharairy də iştirak edib. O, halal sənayesində qlobal trendlər, beynəlxalq sertifikatlaşdırma sistemləri və Azərbaycan şirkətlərinin halal bazarlarda mövqelərinin gücləndirilməsi istiqamətində əməkdaşlıq perspektivləri barədə fikirlərini bölüşüb.

Görüş qarşılıqlı əməkdaşlığın inkişafı, beynəlxalq əlaqələrin genişləndirilməsi və Azərbaycan şirkətlərinin xarici bazarlarda rəqabət qabiliyyətinin artırılması istiqamətində fikir mübadiləsi ilə davam edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər