Menyu

Qazaxıstan Prezidenti TDT ölkələri Ali məhkəmələrinin sədrlərini qəbul edib

Operativ Media
Qazaxıstan Prezidenti TDT ölkələri Ali məhkəmələrinin sədrlərini qəbul edib

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ikinci ixtisaslaşmış konfransda iştirak etmək üçün bu ölkədə səfərdə olan Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrinin Ali məhkəmələrinin sədrlərini qəbul edib.

Operativ Media AZƏRTAC-a istinadən xəbər verir ki, Qazaxıstan Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, görüşdə Azərbaycan Ali Məhkəməsinin sədri İnam Kərimov, həmçinin Qırğızıstan, Türkiyə və Özbəkistanın Ali məhkəmə orqanlarının rəhbərləri iştirak ediblər.

Qonaqları salamlayan dövlət başçısı TDT-nin çoxtərəfli əməkdaşlığın inkişafındakı xüsusi rolunu qeyd edib, dövlətlər arasında məhkəmə və hüquq-mühafizə sahələrində əməkdaşlığın durmadan gücləndiyini vurğulayıb. O, effektiv məhkəmə sisteminin hər hansı bir sivil ölkənin tərəqqisi üçün çox vacib olduğunu bildirərək diqqətə çatdırıb ki, Ali məhkəmələr arasında əlaqələrin dərinləşdirilməsi qardaş xalqların ümumi maraqlarına tam cavab verir.

Kasım-Jomart Tokayev əlavə edib ki, Türküstanda keçiriləcək konfransda məhkəmə rəqəmsallaşması və investorların qorunması ilə bağlı aktual məsələlər hərtərəfli müzakirə olunacaq. Prezident fikir mübadiləsinin təşkilatın inkişafına əhəmiyyətli təkan verəcəyinə əminliyini ifadə edib və Qazaxıstanın TDT çərçivəsində bütün konstruktiv təşəbbüsləri dəstəkləməyə hazır olduğunu təsdiqləyib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər