Menyu

“Urals” neftinin qiyməti bu il 40%-dək azalıb

“Urals” neftinin qiyməti bu il 40%-dək azalıb

Bu ilin aprel ayında Rusiyanın əsas ixrac neft markası olan “Urals”ın bir bareli üçün orta qiyməti 58,63 ABŞ dolları təşkil edib, bu da 2022-ci ilin aprel göstəricisi (70,52 dollar) ilə müqayisədə demək olar ki 1,2 dəfə azdır.

"Operativ Media" xəbər verir ki, məlumata görə, bu ilin mart ayının göstəricisi (47,85 dollar) ilə müqayisədə apreldə “Urals” neftinin qiyməti 22,5% artıb.

Qeyd olunur ki, 2023-cü ilin yanvar-aprel aylarında “Urals” neftinin orta qiyməti 51,05 dollar təşkil edib, bu da illik müqayisədə 39,7% azalma deməkdir.

Teqlər:

"“Urals” neftinin qiyməti bu il 40%-dək azalıb"

Əlaqəli Xəbərlər