SEPAH-ın mərkəzində partlayış baş verib - 2 nəfər ölüb
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Damğan şəhəri yaxınlığındakı hazırlıq və dəstək mərkəzində partlayış olub.
"Operativ Media" xəbər verir ki, bu barədə SEPAH-ın Damğan Korpusu məlumat yayıb.
Məlumatda bu gün axşam saatlarında SEPAH-ın Damğan şəhərindən kənarda yerləşən korpuslarından birində qəza nəticəsində döyüş sursatlarının daşınması zamanı partlayış baş verdiyi bildirilir. Əl-Ərəbiyyə kanalı partlayışda 2 nəfərin öldüyü və çox sayda yaralının olduğu barədə məlumat verib.
Qəzanın səbəbləri araşdırılır.
Teqlər:
"SEPAH-ın mərkəzində partlayış baş verib - 2 nəfər ölüb"