Menyu

İran Prezidenti Suriyaya səfər edəcək

İran Prezidenti Suriyaya səfər edəcək

İran Prezidenti İbrahim Rəisi suriyalı həmkarı Bəşər Əsədin dəvəti ilə çərşənbə günü iki günlük rəsmi səfər üçün Dəməşqə gedəcək.

"Operativ Media" xəbər verir ki, bu haqda Suriyanın “SANA” xəbər agentliyi məlumat yayıb.

Bildirilib ki, danışıqlar zamanı Əsəd və Rəisi ikitərəfli əlaqələr, ortaq maraq kəsb edən siyasi və iqtisadi məsələlər, eləcə də bölgədəki müsbət irəliləyişləri müzakirə edəcəklər.

Səfər zamanı İran Prezidentini işgüzar dairələrin nümayəndələri və siyasətçilərdən ibarət nümayəndə heyəti müşayiət edəcək.

İran mediası bildirir ki, bu, İran Prezidentinin son on ildə Suriyaya ilk səfəri olacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər