Menyu

Sudandan gələn qaçqınların sayı 800 mini ötə bilər

Sudandan gələn qaçqınların sayı 800 mini ötə bilər

Tezliklə Sudanda qaçqınların sayı 800 mini ötəcək.

“Operativ Media” xəbər verir ki, belə bir proqnozu BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının köməkçisi Rauf Mazu bildirib.
Onun sözlərinə görə, qaçqınlar sərhədyanı 7 ölkəyə mühacir edəcək.

“Bu proses tez bir zamanda həll olunmasa insanlar ölkəni daha sürətli şəkildə tərk edəcək. Biz bu mənzərəyə sadəcə şahidlik edəcəyik”, - deyə BMT rəsmisi bildirib.

Rauf Mazun sözlərinə görə, artıq 73 min insan Sudanı tərk edərək qonşu ölkələrə - Misir, Liviya, Çad, Mərkəzi Afrika Respublikası, Eritreya, Efiopiya və Cənubi Sudana gedib.

Teqlər:

"Sudandan gələn qaçqınların sayı 800 mini ötə bilər"

Əlaqəli Xəbərlər