Menyu

Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü başa çatıb - YENİLƏNİB

Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü başa çatıb - YENİLƏNİB

Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, ABŞ dövlət katibi Entoni Blinken və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında üçtərəfli görüş başa çatıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.

Görüşdə regionda təhlükəsizlik, eləcə də Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanması ilə bağlı müzakirə aparılıb.

Laçın yolundakı vəziyyət də müzakirə olunub.

21:30

Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında görüş başlayıb.

"Operativ Media" xəbər verir ki, görüş Corc Şultz adına Xarici İşlər üzrə Milli Tədris Mərkəzində keçirilir.

Görüş çərçivəsində Azərbaycanla Ermənistan arasında “sülh sazişi” layihəsi üzrə danışıqların növbəti raundu keçirilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər