Menyu

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin ikinci günü yekunlaşıb

Operativ Media
Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin ikinci günü yekunlaşıb

Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin ikinci günü yekunlaşıb.

MÜTDA-dan Operativ Media-ya verilən məlumata görə, test imtahanında 3548 nəfər müəllim iştirak edib, 98% davamiyyət qeydə alınıb.

Bildiririk ki, bu gün təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin apellyasiya müraciətlərinin qəbuluna 19 iyun saat 12:00-dan etibarən start veriləcək.

Proses və nəticələrlə bağlı hər hansı narazılığı və ya şikayəti olan müəllimlər portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müraciətlərini ünvanlaya bilərlər.

Qeyd edək ki, müraciətlərin qəbulu 19 iyul saat 12:00-a qədər davam edəcək. Müraciətlərin təhlilindən sonra yekun nəticələr elan ediləcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər