Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Azərbaycanın müxalifət partiya liderləri olan Əli Kərimli, Arif Hacılı və İlqar Məmmədov ilə görüşüb.
"Operativ Media" xəbər verir ki, bununla bağlı səfir özünün tvitter hesabında paylaşım edib.
"Bu həftə müxalifət liderləri Əli Kərimli, Arif Hacılı və İlqar Məmmədov ilə ayrı-ayrılıqda görüşmək imkanım oldu. Aktual məsələlər ətrafında faydalı fikir mübadiləsi apardıq. Siyasi plüralizm demokratik cəmiyyətin əsas prinsiplərindən biridir", - səfir qeyd edib.
Nərmin Qocamanova
Teqlər:
"Britaniya səfiri müxalifət liderləri ilə görüşüb"