Avropa çempionatında çıxış edən Azərbaycanın yunan-Roma güləşçiləri vətənə qayıdıb
Əziz Əzizli
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında çıxış edən Yunan-Roma güləşçilərimiz artıq vətənə qayıdıblar.
"Operativ Media" xəbər verir ki, idmançılarımızı Heydər Əliyev adına hava limanında idman ictimaiyyəti, jurnalistlər, azarkeşlər qarşılayıblar.
Qeyd edək ki, yunan-Roma güləşi üzrə Azərbaycan millisinin heyətində Həsrət Cəfərov (67 kq) və Ülvü Qənizadə (72 kq) Xorvatiyada keçirilən Avropa çempionatının qalibi olublar, Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (63 kq) və Sabah Şəriəti (130 kq) gümüş, Nihat Məmmədli (60 kq) isə bürünc medal qazanıblar.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma