Menyu

Azərbaycanın güləş millisi Avropa Çempionatında 2-ci yeri tutdu

Əziz Əzizli
Azərbaycanın güləş millisi Avropa Çempionatında 2-ci yeri tutdu

Xorvatiyanın Zaqreb şəhərində keçirilən Avropa çempionatında 2 qızıl, 3 gümüş🥈və 1 bürünc medal qazanan yunan-Roma güləşi üzrə millimiz Avropa çempionatları tarixində medalların əyarına görə, özünün ən yaxşı nəticəsinə imza atıb.

"Operativ Media" xəbər verir ki, qitə birinciliyində 145 xal toplayan yığmamız komanda hesabında 2-ci yeri tutdu. Türkiyə 155 xalla çempion  oldu. Gürcüstan isə 114 xalla 3-cü pillədə qərarlaşdı.

Xatırladaq ki, komandamızın heyətində Həsrət Cəfərovla (67 kq) Ülvü Qənizadə (72 kq) Avropa çempionu oldu. Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (63 kq) və Sabah Şəriəti (130 kq) gümüş Nihat Məmmədli (60 kq) isə bürünc medal qazandı.

Teqlər:

"Azərbaycanın güləş millisi Avropa Çempionatında 2-ci yeri tutdu"

Əlaqəli Xəbərlər