Menyu

"Neftçi"nin prezidenti cəzalandı

Əziz Əzizli
"Neftçi"nin prezidenti cəzalandı

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

"Operativ Media" xəbər verir ki, müzakirələrdən sonra Azərbaycan kubokunun yarımfinal mərhələsinin oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Turan Tovuz” – “Neftçi” oyununda “Turan Tovuz”un 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə klub 800 manat cərimə edilib.

“Turan Tovuz” – “Neftçi” oyununun fasiləsi zamanı “Neftçi”nin prezidenti Kamran Quliyev stadionun tunelinə daxil olaraq oyunun rəsmi şəxslərinə qarşı işlətdiyi ifadələrə görə Azərbaycan Kubokunda 3-ü şərti olmaqla 5 oyun cəzalanıb, klub 4000 manat cərimə edilib. Sınaq müddəti 6 ay təyin edilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər