İsrail XİN rəhbəri Türkmənistan prezidenti ilə görüşüb
Nərmin Qocamanlı
İsrailin xarici işlər naziri Eli Kohen Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşüb.
"Operativ Media" xəbər verir ki, bu barədə İsrail XİN rəhbəri özünün "Twitter" hesabında paylaşım edib.
"Biz ölkələr arasında əlaqələrin gücləndirilməsi haqqında danışdıq və prezident İsraildə səfirlik açmaq barədə düşünəcəyini söylədi", - Eli Kohen qeyd edib.
Nazir qeyd edib ki, Türkmənistan strateji bir yerdə yerləşən və İranla həmsərhəd olan enerji mərkəzidir və ölkələr arasında əlaqələrin gücləndirilməsi təhlükəsizlik, sabitlik və iqtisadiyyata töhfə verəcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net