Menyu

Yəməndə izdihamda 79 nəfər ölüb

Nərmin Qocamanlı
Yəməndə izdihamda 79 nəfər ölüb

Yəmənin paytaxtı Sanada yardım paylanması zamanı izdiham yaranıb.

"Operativ Media" xarici KİV-ə istinadən xəbər verir ki, ilkin məlumata görə, izdiham nəticəsində 79 nəfər ölüb, 100-dən çox insan yaralanıb.

Belə ki, Ramazan bayramı ilə əlaqədar Sanada bəzi iş adamları xeyriyyə məqsədilə pul paylamaq istəyiblər.

Lakin paylama zamanı izdiham yaşanıb. İzdihamda 79 nəfər həlak olub.

Xəstəxanaya çatdırılan yaralıların sayı 100-ü ötüb.

Hadisə ilə bağlı məsuliyyət daşıyanlar saxlanılıb, araşdırma başladılıb.

 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər