Ana səhifə / Dünya / Sivasda mikroavtobus aşıb, 10 nəfər yaralanıb Sivasda mikroavtobus aşıb, 10 nəfər yaralanıb 20.04.2023, 10:08 Nərmin Qocamanlı Türkiyənin Sivas şəhərində mikroavtobus aşıb, 10 nəfər yaralanıb. "Operativ Media" xəbər verir ki, bu barədə "Anadolu Agentliyi" məlumat yayıb. Məlumata görə, Sivasın Gürün rayonunda Kayseri istiqamətində hərəkət edən mikroavtobus naməlum səbəbdən aşıb. Hadisə yerinə təcili yardım, xilasetmə və polis qrupları sövq edilib. Qəzada yaralanan 10 nəfər sağlamlıq qrupları tərəfindən Gürün Dövlət Xəstəxanasına aparılıb. Teqlər: "Sivasda mikroavtobus aşıb 10 nəfər yaralanıb"
11.03.2026, 11:04 Sudan Respublikasının Suveren Keçid Şurasının Sədri İlham Əliyevə məktub ünvanlayıb