Menyu

ABŞ-a məxsus pilotsuz kater Hörmüz boğazından keçib

ABŞ-a məxsus pilotsuz kater Hörmüz boğazından keçib

ABŞ Hərbi Dəniz Qüvvələrinə (HDQ) məxsus pilotsuz kater Hörmüz boğazından keçib.

"Operativ Media" xəbər verir ki, bu barədə ABŞ HDQ-nin 5-ci Donanmasının sözçüsü Timoti Hokins (Timothy Hawkins) bildirib.

Hokins qeyd edib ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasına məxsus ilk pilotsuz kater Fars və Oman körfəzlərini birləşdirən Hörmüz boğazından keçib.

Həmçinin əlavə olunub ki, beynəlxalq dəniz qaydalarına uyğun olaraq üzən gəminin boğazdan keçməsini İran tərəfi müşahidə edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər