Menyu

Tovuz şəhər stadionunda yenilik - AÇIQLAMA

Əziz Əzizli 1449 baxış
Tovuz şəhər stadionunda yenilik - AÇIQLAMA

Bu gün Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində "Neftçi" klubunu qonaq edəcək "Turan Tovuz" klubunun stadionunda  daha bir yenilik olacaq.

"Operativ Media"ya açıqlamasında "Turan Tovuz" klubunun mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyev yenilik haqda məlumat verib. O, "Turan Tovuz" - "Neftçi" matçının çəkiliş yerinin dəyişəcəyini bildirib. Belə ki, əvvəlki yayımlardan fərqli olaraq çəkiliş azarkeş tribunalarının qarşısından olacaq.

"Çəkiliş üçün bütün texniki məsələlər tamamlanıb. 3 ədəd çəkiliş qülləsi hazırlanıb və bu gündən istifadəyə verilib".

Qeyd edək ki, "Turan Tovuz " - "Neftçi " matçı Bakı vaxtı ilə saat 16:00-dan etibarən CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq.

Teqlər:

"Tovuz şəhər stadionunda yenilik - AÇIQLAMA"

Əlaqəli Xəbərlər