Çempionlar Liqası: "Çelsi" "Real Madrid"i, "Napoli" "Milan"ı qəbul edəcək
Əziz Əzizli
Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarına start veriləcək.
"Operativ Media" xəbər verir ki, turnirin son qalibi "Real" İngiltərədə "Çelsi"nin qonağı olacaq. Madrid təmsilçisi ilk oyunda 2:0 hesablı qələbə qazanıb.
Gecənin digər matçı İtaliyada baş tutacaq. A Seriyasında lider olan "Napoli" burada "Milan"la qarşılaşacaq. Komandalar arasındakı ilk oyunda "qırmızı-qaralar" qələbə qazanıb - 1:0.
Hər iki görüş saat 23:00-da başlayacaq.
UEFA Çempionlar Liqası
1/4 final mərhələsi, cavab oyunları
18 aprel
23:00 Çelsi (İngiltərə) - Real (İspaniya)
İlk oyun - 0:2
23:00 Napoli (İtaliya) - Milan (İtaliya)
İlk oyun - 0:1
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net