Ana səhifə / İdman / Konfrans Liqası: "Fiorentina" səfərdə, "Anderlext" evdə qələbə qazandı Konfrans Liqası: "Fiorentina" səfərdə, "Anderlext" evdə qələbə qazandı 14.04.2023, 09:00 Əziz Əzizli Bu gün UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib. "Operativ Media" xəbər verir ki, Belçikanın "Gent" klubu azarkeşləri önündə İngiltərə "Vest Hem"i ilə heç-heçəyə razılaşıb. "Bazel" "Nitsa"nı qəbul edib. 4 qolun vurulduğu matçda qalib müəyyənləşməyib. "Fiorentina" isə səfərdə Polşa "Lex"ini darmadağın edib. Konfrans Liqası 1/4 final mərhələsi, ilk oyunlar 13 aprel Gent (Belçika) - Vest Hem (İngiltərə) - 1:1 Qollar: H.Kuypers, 57 - D.İnqz, 45+3 Anderlext (Belçika) - Alkmaar (Niderland) - 2:0 Qollar: M.Murillo, 22, M.Aşimeru, 70 Bazel (İsveçrə) - Nitsa (Fransa) - 2:2 Qollar: Z.Amduni, 26 (pen.), 71 - T.Moffi, 38, 45+1 Lex (Polşa) - Fiorentina (İtaliya) - 1:4 Qollar: K.Velde, 20 - A.Kabral, 4, N.Qonsales, 41, Q.Bonaventura, 58, C.İkon, 63 Teqlər: "Konfrans Liqası: \"Fiorentina\" səfərdə \"Anderlext\" evdə qələbə qazandı"